Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb (FOTO)


Digərləri 29 Dek 2018 13:22:17 180 0

Bu il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7 800-dək ailə cəlb edilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7 800-dək ailə cəlb edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan bu günədək 4 100-dən çoxuna mal və materiallar təqdim olunub. Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib. Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradıb.