Əməliyyat olunan Ramiz Əzizbəylinin vəziyyəti necədir?


Digərləri 29 Dek 2018 11:09:00 520 0

Əməliyyat olunan Ramiz Əzizbəylinin vəziyyəti necədir?

Barmaqları amputasiya olunan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhəti normaldır.

Son.az bildirir ki, bu barədə yenicag.az-a aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib:

"Atamın səhhəti yaxşıdır, amma hələ də narkozun təsiri altındadır, oyanır, yenidən yatır. Lakin əməliyyat gözlənildiyindən də uğurlu keçib. O şəkər, həm də beyin xəstəsi olduğu üçün ağırlaşmaların olma ehtimalı da var. Ümid edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin dediyinə görə ayağı amputasiya olunmayacaq".