Misirdə turist avtobusu partladıldı: 4 ölü, 12 yaralı


Dünya 29 Dek 2018 10:19:00 248 0

Misirdə turist avtobusu partladıldı: 4 ölü, 12 yaralı

Misirin paytaxtı Qahirədə içində turistlər olan avtobus partladılıb. Vyetnamlı turistləri daşıyan avtobus şəhərin Əl Haram rayonundakı əl Mərutiyə küçəsində olarkən partlayış baş verib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, partlayışda 4 turist həlak olub, 12 nəfər yaralanıb.

"Ehramlara baş çəkdik, sonra papirus fabrikinə getdik. Avtobusa qayıdanda güclü partlayışq səsi eşitdik. Arvadım yaralandı", - vyetnamlı turistlərdən biri deyib.

Misirin təhlükəsizlik strukturları belə hücumu gözləmirdilər. Yeni il ərəfəsində bütün diqqət kilsələr və monastırların mühafizəsinə yönəlib.

İlkin məlumatlara görə, avtobus küçədəki binalardan birinin divarına bərkidilən və məsafədən işə salınan partlayıcı qurğu vasitəsilə partladılıb. Üstəlik, Vyetnamdan olan turistləri daşıyan avtobusun sürücüsü naməlum səbəbdən özbaşına olaraq təhlükəsiz marşrutdan çıxaraq polisin qorumadığı yan küçə ilə hərəkət edib.


Xəbərə aid fotolar