Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 29 Dek 2018 09:14:00 251 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi ilə bağlı son məlumatlar suyun səviyyəsinin dəyişdiyini göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən son məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-170, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 110-190 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 140 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.