Rusiyada 11 nəfər qar uçqunu altında qalıb


Dünya 29 Dek 2018 08:10:00 262 0

Rusiyada 11 nəfər qar uçqunu altında qalıb

Rusiyanın Xabarovsk diyarının Nikolayev rayonunda 11 nəfər qar uçqunu altında qalıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsinə istinadən RİA "Novosti"yə məlumat yayıb.

Onun sözlərinə görə, şənbə günü səhər FHN-ə Nikolayev rayonunun Mnoqoverşinnı qəsəbəsində dağ-mədən müəssisəsindəki açıq tipli mədən dəhlizində 11 nəfərin qaç uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN nümayəndəsi bildirib ki, əvvəlcə qar uçqununa bir nəfər düşüb, ardınca ikinci uçqun baş verib və daha 10 nəfər onun altında qalıb.