Argentinanın sabiq prezidentinın evindən 31 rəsm əsəri müsadirə olunub


Dünya 28 Dek 2018 22:56:00 269 0

Argentinanın sabiq prezidentinın evindən 31 rəsm əsəri müsadirə olunub

Argentina polisi korrupsiya ilə bağlı təhqiqat çərçivəsində ölkənin sabiq prezidenti Kristina Elizabet Fernandes de Kirşnerin Buenos-Ayres şəhərində yerləşən evindən 31 rəsm əsərini müsadirə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müsadirə olunan sənət əsərlərinin ümumi dəyəri 4 milyon dollar həcmində qiymətləndirilir.

Argentinada hakimiyyət orqanlarının yuxarı pillələrində rüşvətlə bağlı təhqiqat ötən ilin noyabr ayında başlayıb və hələ də davam edir.