Açar itirmək, pul kisəsi oğurlatmaq problemi bitdi! Barmağa taxılan çip hamısını əvəz edəcək


Digərləri 28 Dek 2018 21:47:00 367 0

Açar itirmək, pul kisəsi oğurlatmaq problemi bitdi!  Barmağa taxılan çip hamısını əvəz edəcək

İsveçrə əhalisi kütləvi şəkildə əllərinə çip taxdırmağa başlayıb. 

Son.az medicina.az-a istinadən bildirir ki, baş barmaq ilə şəhadət barmağının arasına taxılan mikroçip insanın daima üzərində gəzdirdiyi plastik kartlarını, açarlarını, vəsiqələrini əvəzləyir. Əgər 1 il əvvəl 100 nəfər bu üsula əl atırdısa, verilən xəbərə görə hazırda onların sayı 4 mini keçib.

Çipin əsas xüsusiyyətləri: 

• O, elektron pul kisəsini, bank kartlarını, açarları və keçid kartlarını əvəzləyir. Bu çipin köməyilə əlinizi terminala yaxınlaşdıraraq ödəniş edə bilərsiniz.    • Çip düyü dənəsi kiçikliyindədir. 

• Qiyməti təxminən 180 $ təşkil edir, bəzi kampaniyalar isə onu öz əməkdaşlarına pulsuz təklif edirlər.