"Elə həkimlərimiz var ki, 6 min manat maaş alır" Zaur Əliyev


Digərləri 28 Dek 2018 21:38:00 533 0

"Elə həkimlərimiz var ki, 6 min manat maaş alır"  Zaur Əliyev

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Son.az-ın modern.az-a istinadən məlumatına görə, Zaur Əliyev bildirib ki, artıq Azərbaycanın 3 rayonunda tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirilib.

Onun sözlərinə görə, pilot dövründə müsbət nəticələr əldə olunub.

"Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əməkhaqlarına dəyişiklik etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı alır. Orta tibb işçilərinin də əməkhaqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb".