Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 28 Dek 2018 19:16:00 716 0

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb

Bakı. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb. V.Hüseynov Türkiyə Daxili İşlər nazirini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. İki ölkə arasında digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Xidmət rəisi bundan sonra da əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin əsirgənməycəyini vurğulayıb. V.Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə o cümlədən innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb.