Buzlu qitəni təkbaşına, piyada keçən insan:


Digərləri 28 Dek 2018 12:12:00 487 0

Buzlu qitəni təkbaşına, piyada keçən insan:

Çərşənbə günü, dekabrın 26-da amerikalı Kolin O-Bredi kimsənin bacarmadığı işi görüb. O, Antarktidanı təkbaşına, yardım olmadan qət edib.

Son.az New York Times-a istinadən bildirir ki, ABŞ-ın Oreqon ştatındakı Portlend şəhərinin sakini olan 33 yaşlı Kolin 54 gün ərzində xizəklə 1457 km qət edərək Ross şelf buzlağındakı hədəfinə çatıb. Yürüş əsnasında o, avadanlığı və ərzağı belinə bağladığı kanata bərkitdiyi kirşədə çəkib.

Yürüşün əvvəlində kirşədə 170 kq-a yaxın yük vardı.

O-Bredi unikal yürüşünün salnaməsini İnstagram-dakı profilində aparıb. Hədəfə çatan təki o, ilk əvvəl evə, xanımına zəng edərək "Bu işi gördüm!" deyib.

Kolinin xanımı Cenna Beşou söyləyib: "Çox həyacanlı anlardı. Ərim hamınıza dəstək və sevgi üçün minnətdarlıq etdi".

Kolinin sözlərinə görə, yürüşün son günü çox ağırdı. 129 kilometrlik məsafəyə son "sıçrayış"ını edən amerikalı deyib: "Vücuduma qulaq asdım və anladım ki, bacaracağam. Yorğunluq fiziki yox, daha çox psixoloji idi. Yəqin ki, buzların arasında daha bir gecəyə dözməzdim".

O-Bredinin sözlərinə görə, yolunda ən başlıca maneələr nəfəs kəsən soyuq və külək idi. Onun yürüşü zamanı küləyin orta sürəti 88,6 km/saat, havanın temperaturu isə -29 dərəcə idi.