STAR zavodu ilk məhsulunu bazara çıxaracağı vaxtı açıqladı


Digərləri 28 Dek 2018 12:16:00 477 0

STAR zavodu ilk məhsulunu bazara çıxaracağı vaxtı açıqladı

Azərbaycanın STAR neft emalı zavodu öz məhsulunu 2019-cu ilin yanvarında bazara çıxaracaq

Azərbaycanın STAR neft emalı zavodu öz məhsulunu 2019-cu ilin yanvarında bazara çıxaracaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu zavodun baş direktoru Məsut İltər deyib.

Baş direktorun sözlərinə görə, zavod 2019-ci ilin əvvəlində artıq bütün gücü ilə işə düşməyi planlaşdırır.

M.İltər həmçinin daha öncə KİV-lərdə zavodun bütün gücü ilə işə düşməsi vaxtının ləngiməsi barədə gedən söhbətləri təkzib edərək əlavə edib ki, bütün işlər qrafikə uyğun gedir.