Milli Məclisin üç deputatına yeni vəzifə verilib


Digərləri 28 Dek 2018 12:17:03 465 0

Milli Məclisin üç deputatına yeni vəzifə verilib

Milli Məclisin üç deputatına yeni vəzifə verilib

Milli Məclisin üç deputatına yeni vəzifə verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.