Onlar “İlin ən fəal deputatları” seçildilər


Digərləri 28 Dek 2018 12:03:00 499 0

Onlar “İlin ən fəal deputatları” seçildilər

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan modern.az-a bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur: 

"Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. 

Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib".

"İlin ən fəal deputatı" nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.