İmişlidə ağır yol qəzası:


Digərləri 28 Dek 2018 11:31:00 446 0

İmişlidə ağır yol qəzası:

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, İmişli şəhərinin H.Əliyev prospektində "VAZ-2106" markalı avtomobillə rayonun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Valeh Mehdi oğlu Mehdiyevin idarə etdiyi Motosiklet toqquşub. 

Nəticədə ağır kəllə-beyin travması alan V.Mehdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.