Azərbaycanlı Gürcüstanda borca görə öldürüldü


Dünya 28 Dek 2018 11:37:49 372 0

Azərbaycanlı Gürcüstanda borca görə öldürüldü

Gürcüstan paytaxtı Tbilisi şəhərinin ətrafında yerləşən Kvemo Poniçala kəndində 35 yaşlı Ramiş Güləhmədov qətlə yetirlib.

Son.az report-a istinadən bildirir ki, hadisə dekabrın 26-da gecə saatlarında kənddə yerləşən kafelərdən birində baş verib.

R.Güləhmədovun həmkəndlisi Emil Əmirova 1 500 dollar məbləğində borcu olub. Borc üstündə yaranmış mübahisə nəticəsində E.Əmirov R.Güləhmədovu bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, qan itirməsindən onun həyatını xilas etmək mümkün olmayıb.

R.Güləhmədov evli və 3 azyaşlı uşaq atası idi.