Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb


Digərləri 28 Dek 2018 11:04:00 371 0

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.