Bakıda iki nəfər maşında güllələndi VİDEO


Digərləri 28 Dek 2018 09:05:00 487 0

Bakıda iki nəfər maşında güllələndi  VİDEO

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib

.

Son.az oxu.az-a istinadla xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı "Hundai Elantra" markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: