Tramp ölkədəki iqtisadi problemlərə görə mərkəzi bankı günahlandırır


Digərləri 27 Dek 2018 23:35:00 236 0

Tramp ölkədəki iqtisadi problemlərə görə mərkəzi bankı günahlandırır

Prezident Donald Tramp bazar ertəsi Federal Ehtiyatlar Sistemini (Mərkəzi Bank) ABŞ iqtisadiyyatının yeganə problemi adlandırıb. Rəsmilər isə prezidentin mərkəzi bankla ixtilafının səbəb olduğu səhm birjasındakı caxnaşmanı müzakirə edirlər.

Səhmlər bazar ertəsi zəifləyən iqtisadi artım, hökümətin bağlanması və Trampın Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli işdən çıxarmaq ehtimalı ilə bağlı narahatlıqların artması səbəbilə yenidən azalıb.

Bizim iqtisadiyyatımızdakı yeganə problem Fed-dir. Onlar bazarı anlamırlar. Fed topu dəliyə sala bilmədiyi üçün xal qazana bilməyən güclü qolfçuya bənzəyir. Donald Tramp Dow Jones indeksi 653.1 bal, yəni 2.92 faiz, S&P 500 65.32, yəni 2.7 faiz, Nasdaq isə 140.08, yəni 2.21 faiz azalıb.

ABŞ səhmləri son həftələrdə zəif iqtisadi artımla bağlı narahatlıqlar səbəbilə kəskin azalıb. S&P 500 indeksi isə dekabr ayında Böyük böhrandan bəri ən böyük itkiyə doğru gedir.

Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqları aradan qaldırmaq əvəzinə, Tramp tvit ataraq, iqtisadi çətinliklərə görə elə məhz mərkəzi bankı günahlandırıb.

"Bizim iqtisadiyyatımızdakı yeganə problem Fed-dir. Onlar bazarı anlamırlar. Fed topu dəliyə sala bilmədiyi üçün xal qazana bilməyən güclü qolfçuya bənzəyir" - deyə, Tramp Twitter-də yazıb.