Xörəyin içində halal olmayan ət varsa, o xörəyin suyunu, kartofunu və s.


Digərləri 27 Dek 2018 23:15:00 341 0

Xörəyin içində halal olmayan ət varsa, o xörəyin suyunu, kartofunu və s.

Bunu yadda saxlamalıyıq ki, bütün napaklıqlar və murdarlıqlar nəm halda ötürülür. Murdar əşyanın özü nəmdirsə, ona toxunan pak və quru əşyanı da bulaşdırır. Eləcə də, əgər murdarlığın özü qurudursa, ona toxunan pak əşya nəmdsirsə, bu halda da murdarlıq ötürülmüş olur.

Son.az islam.az-a istinadən bildirir ki, beləliklə, xörəyin və istənilən mayenin içində pak olmayan bir şey varsa, maye onun murdarlığını yayır və həmin maye ilə təmasda olan hər şey bulaşır. Haram ət (toyuq) qazanda və ya tavada bişirilərsə, həmin qab da bulaşmış sayılır və pak edilməlidir. Pak edilmədikcə, onun içində bişiriləcək hər şey murdar olacaq. Sulu xörəyin içində haram ət varsa, xörəyin suyu dəymiş hər şey yararsız hala düşür. O xörəyin heç nəyini yemək olmaz, dəydiyi qab da pak edilməlidir.