Maddələri səslə havaya yüksəltmək olur


Digərləri 27 Dek 2018 22:40:00 260 0

Maddələri səslə havaya yüksəltmək olur

Səs dalğalarının fiziki qüvvəsindən faydalanaraq edilən təcrübə sanki bir imkansız kimi görünür. Asier Marzo Perez və Brüs Drinkvoter keçridikləri təcrübədə kiçik cismləri səs ilə havaya qaldırmağı bacardı.

Son.az deyerler.org-a istinadən bildirir ki, İspaniyanın Navarra Universitetindən Asier Marzo Perez və İngiltərənin Bristol Universitetindən Brüs Drinkvoter, inanılmaz bir yenilik etdi. Elm insanları daha əvvəl səs dalğalarının fiziki gücünü istifadə etməyə istiqamətli araşdırmalar aparmışdı, lakin ilk dəfə səs dalğaları istifadə edilərək birdən çox obyekt bu iki elm insanı tərəfindən havaya qaldırıldı.

Yeni sistemin cərrahiyyədə istifadə edilə biləcək akustik bir maqqaş istehsalı üçün istifadə edilə biləcəyini söyləyən araşdırmaçılar akustik sistemlərin optik sistemlərdən 100.000-qat daha məhsuldar olduğunu dilə gətirdilər.