Düz divara tərs dırmaşan sevimli robot


Digərləri 27 Dek 2018 21:40:00 579 0

Düz divara tərs dırmaşan sevimli robot

Rolls Royce yalnız avtomobil istehsal etmir. Şirkətin məhsulları arasında reaktiv mühərriklər də var. Reaktiv mühərriklərinin baxımı üçün isə, bu sevimli robotları hazırlayırlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Rolls Royce deyildikdə insanın ağılına gələn ilk fenomen robot deyil, ancaq İngiltərə nəhəngi olduqca inkişaf etmiş bir mühəndislik müəssisəsinə sahibdir və bir tərəfdən də özləri üçün robotlar hazırlayırlar. Şirkətin iyul ayında verdiyi elanda, reaktiv mühərriklərində çox çətin yerlərdə təmir əməliyyatları etmək üçün hazırlanan robotlar təqdim edilmişdi.

Harvard universitetinin bir qrup alimi Rolls Royce üçün yeni bir mikro robot hazırladı. Bu yeni robot böcəkdən çox sürünənlərə bənzəyir. HAMR-E (Harvard Ambulatory Micro Robot with Electroadhesion) olaraq adlandırılan bu robot, hər hansı bir səthə istənilən istiqamətdə dırmaşa bilir. Buna tərs olaraq gedə bilmək də daxildir.