Xalq artistinin ayağı amputasiya edildi


Digərləri 27 Dek 2018 21:23:00 281 0

Xalq artistinin ayağı amputasiya edildi

"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: "Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır".