Türkiyə nəhənglərin bazarına girdi


Dünya 27 Dek 2018 20:29:00 318 0

Türkiyə nəhənglərin bazarına girdi

Türkiyədə yerli istehsal olan "MK-84" adlı ilk aviabombanın sınaqları uğurla həyata keçirilib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, "MK-84" aviabombasının sınaqları HABRAS bazasında keçirilib. Sınaqları Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank izləyib. Bir ton çəkisi olan aviabombanın sürəti səs sürətini 1,5 dəfə keçib. Bomba polad armaturla gücləndirilən və qalınlığı bir metr olan beton hədəfi yarıb.

Sınaqları "Twitter"-də şərh edən Varank onları tarixi adlandırıb və bunu Türkiyə müdafiə sənayesinin daha bir uğuru kimi dəyərləndirib.