İranda türk dilini təhqir edən ssenarist üzr istədi


Dünya 27 Dek 2018 20:04:00 455 0

İranda türk dilini təhqir edən ssenarist üzr istədi

İranın 3-cü telekanalında yayımlanan "İmarətin xanımı" serialının ssenari müəllifi ekran işində türk dilinin təhqir edilməsinə görə üzr istəyib.

Son.az Kult.az-a istinadən xəbər verir ki, Ehsan Cavanmərd adlı ssenarist yaydığı videoda irqçi hərəkətinə görə dəfələrlə üzr istəyib və diqqətsizlik etdiyini bildirib:

"Təəssüf ki, İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu ifadələr və atalar sözü var. Ona görə də diqqətsizlik edərək serialda həmin sözlərdən istifadə etmişik".

O, Xələc türklərinə qarşı işlədilən ifadənin mənasına diqqət yetirmədiyini iddia edib.