“Sel bizi aparıb” Sürüşmənin yolsuz qoyduğu kənd sakinləri


Digərləri 27 Dek 2018 19:00:00 4143 0

“Sel bizi aparıb”  Sürüşmənin yolsuz qoyduğu kənd sakinləri

Astarada Pensər çayında suyun səviyyəsinin qalxması ətrafda yaşayan sakinlər üçün problem yaradıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, təbiətin şıltaqlığı Astaranın Şiyəkəran kənd sakinlərini təşvişə salıb.

Torpaq sürüşməsi səbəbindən Pensər çayının keçdiyi ərazidə yaşayan onlarla ailə təhlükə ilə üz-üzədir.

Sakin: "Bağ, bostan təhlükə altındadır ".

Sakin: "Sel aparıb bizi. Evimizə çatıb ".

Sakinlər deyir ki, sonuncu yağışlar iki il əvvəl ərazidə başlayan sürüşməni daha da aktivləşdirib.

Sakin: "Sonuncu sel suları nəticəsində çökdü".

Sakin: "Noyabırdakı seldə belə oldu. Ağac aşdı".

Sitrus bağlarına, otlaq ərazilərə də ciddi ziyan dəyib. Bundan başqa sel sularının yolun bir tərəfini yuyub aparması Şiləkəran kəndinin, eləcə də iki qonşu kəndin sakinlərinin gediş-gəlişini çətinləşdirib.

Sakin: "Demək olar ki, 10 metr yolu aparıb. Üç kəndi birləşdirən yoldur bu yol. Buradan keçmək qorxuludur".

Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sürüşmə aktivləşən ərazilərdə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə baxış keçirilib. Yekun rəy müvafiq qurumlara göndərilib.

Elşad Məcidov - Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini: "Bu haqda məlumatımız var. Dəfələrlə FHN-dən, Su Milirasiya İdarəsindən, Astara Rayon İcra Hakimiyyətindən komisiya gəlib, çəkilişlər aparılıb. Şəkillər çəkilərək aidiyatı orqanalara göndərilib. Pul ayrılıb, layihə təsdiqlənib".

Elşad Məcidov onu da əlavə etdi ki, sözügedən ərazidə sahilbərkitmə işləri aparılacaq, beton divarlare tikiləcək.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar