Taylandda çimərlikdə partlayış oldu


Dünya 27 Dek 2018 18:27:00 278 0

Taylandda çimərlikdə partlayış oldu

Taylandın məşhur Samila çimərliyində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, iki bombanın partlaması barədə məlumatı polis təsdiqləyib.

Bildirilir ki, bombalar ardıcıl olaraq çimərlik ərazisində partladılıb. Hadisə axşam saatlarında olduğu üçün xəsarət alan olmayıb.

Partlayışdan sonra çimərliyin ərazisi mühasirəyə alınıb, minaaxtaranlar cəlb edilib. Partlamamış daha 3 bomba aşkar edilərək zərərsizləşdirilib.