Bakıda sahibkarlardan təqdirəlayiq addım


Digərləri 27 Dek 2018 16:49:00 404 0

Bakıda sahibkarlardan təqdirəlayiq addım

"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir.

Agentlikdən Son.az-a verilən məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir.

Belə ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.

Bu məntəqələrdə baytar nəzarətindən keçmiş və sanitar normalara uyğun ət və ət məhsullarının satışına zamənət verilir.


Xəbərə aid fotolar