2018ci ildə vəfat edən dünya məşhurları


Dünya 27 Dek 2018 16:15:00 404 0

2018ci ildə vəfat edən dünya məşhurları

Geridə qoymağa hazırlaşdığımız 2018-cui il nailiyyətləri, uğurları və müsbət emosiyaları ilə yanaşı, ağır itkilər ili kimi də yadda qaldı. İncəsənətin, elmin, idmanın və s. sahələrin bir çox tanınmışları 2018-ci ildə həyatla vidalaşdılar.

Son.az modern.az-a istinadən 2018-ci ildə həyatla vidalaşan məşhurların siyahısını təqdim edir.

Dolores O`Riordan (6 sentyabr 1971 - 15 yanvar 2018). Tanınmış irlandiyalı müğənni, bəstəkar və dünyaca tanınmış The Cranberries rok qrupunun vokalisti olub .

Oleq Tabakov (17 avqust 1935 - 12 mart 2018). SSRİ Xalq artisti, aktyor, teatr və kino rejissoru, pedaqoq. O, Anton Çexov adına MXT teatrının bədii rəhbəri və direktoru olub.

Yuber de Jivanşi (21 fevral 1927 - 10 mart 2018). Fransız modelyeri və Givenchy moda evinin yaradıcısıdır.

Stiven Hokinq (8 yanvar 1942 - 14 mart 2018). İngilis fiziki, kosmoloqu, yazçısı və Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elim işlər üzrə direktoru.

Miloş Forman (18 fevral 1932 - 13 aprel 2018). Yəhudi əsilli Çexiya və ABŞ kinorejissoru və ssenaristi. O, 2 dəfə "Ən yaxşı rejissor" nominasiyasında "Oskar" mükafatı qazanıb. Forman "Qu quşu yuvası üzərindən uçuş", "Amadey", "Valmon" və s. filmlərin müəllifidir.

Entoni Burden (25 iyun 1956 - 8 iyun 2018).  Amerikalı aşbaz, yazıçı, səyahətçi və televiziya aparıcısı olub. Burden dünyanın ən nüfuzlu aşbazlarından biri sayılırdı.

Areta Franklin (25 mart 1942 - 16 avqust 2018). Məşhur amerikalı blyuz və soul ifaçısıdır. Güclü vokal qabiliyyətlərinə görə onu soulun kraliçası adlandırırlar. 2008-ci ilin noyabrında onu ən məlahətli səsə malik müğənni elan etmişdilər.

Con Makkeyn (29 avqust 1936 - 25 avqust 2018). ABŞ dövlət xadimi və siyasətçisi. Arizona ştatından (1987 - 2018) senator, Senatın Silahlı Qüvvələt üzrə Komitəsinin sədri (2015-2018) olub.

İosif Kobzon (11 sentyabr 1937 - 30 avqust 2018). Sovet və Rusiya estrada müğənnisi, siyasi və ictimai xadimİ və SSRİ Xalq artisti.