Zəmzəm suyunun sirri nədir? Quyuya kamera yerləşdirildi,


Dünya 27 Dek 2018 15:56:00 558 0

Zəmzəm suyunun sirri nədir?  Quyuya kamera yerləşdirildi,

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.

Son.az oxu24.com-a istinadən sizə zəm-zəm suyu ilə bağlı maraqlı faktları təqdim edir:

"Zəm-zəm" sözü ərəbcə "dayan" mənasını verən "zome" sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır.

Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər.

Avropa laboratoriyalarında aparılan araşdırmalarda, zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub.

Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.

Digər sulara nisbətən çox daha qidalandırıcı və mineral maddələrlə zəngin zəm-zəm suyunun quyusu yer üzündəki ən müqəddəs torpaqlarda yerləşir. Məkkə şəhərində, Məscidül-həramın ərazisində yerləşən quyu islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "zəm-zəm" (dayan) sözünü təkrarlayıb. Suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir.