Səfir: "2018ci ildə Azərbaycanla Belarus arasında mühüm irəliləyiş olub"


Digərləri 27 Dek 2018 15:11:00 394 0

Səfir: "2018ci ildə Azərbaycanla Belarus arasında mühüm irəliləyiş olub"

2018-ci ildə Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

O qeyd edib ki, 2018-ci ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dolları keçib:

"Belarusun Azərbaycana ixracatı, eləcə də Azərbaycanın Belarusa ixracatının artımı üzrə müsbət statistika müşahidə olunub".

Səfir əlavə edib ki, Belarus və Azərbaycan iqtisadiyyatları rəqib deyil, bir-birlərini tamamlayır və bu amil hər iki ölkə üçün əməkdaşlığın qarşılıqlı səmərəliliyini vurğulayır:

"Belarusdan Azərbaycana ixrac olunan əsas məhsullar maşınqayırma sənayesi, neft-kimya, ağac emalı, əczaçılıq, hərbi-texniki əməkdaşlıq məhsulları olub. Öz növbəsində Azərbaycan Belarusa neft-kimya məhsulları, meyvə-tərəvəz və qeyri-neft sektoruna aid olmayan bir çox digər məhsullar ixrac edib".

Son.az