Dənizkarı Bulvarda yeni layihə


Digərləri 27 Dek 2018 14:25:00 262 0

Dənizkarı Bulvarda yeni layihə

Dənizkənarı Bulvar İdarəsi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə yeni layihəyə başlayır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək:

"Yeni il gəlir" adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq".