Şok kadrlar:


Digərləri 27 Dek 2018 13:37:03 261 0

Şok kadrlar:

Meksikanın paytaxtı Mexikonun Almolayya de Alkisiras bələdiyyəsində ölkənin Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin 5 zabiti güllələnib.

4 zabit hadisə yerində keçinib.

Son.az El Mundo-ya istinadən bildirir ki, beşinci zabit isə çox ağır vəziyyətdə hospitala aparılıb. Onun vəziyyəti kritikdir.

Zabitlərin "La familia Michoacana" narkokartelinin killerləri tərəfindən güllələndiyi bəlli olub. Belə ki, narkokartelin "hücum dəstəsi" meşəlik yolda zabitlərə qurduqları pusquda çəkdikləri videonu sosial şəbəkələrdə paylaşıblar.

Killerlərdən biri həbs olunub.


Xəbərə aid fotolar