Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib FOTO


Digərləri 27 Dek 2018 13:39:00 493 0

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Son.az xəbər verir ki, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni - 2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.


Xəbərə aid fotolar