Bakıda administrator qadın müştəriləri təhqir etdi: "12 dənə oğlan görmüsüz..." VİDEO


Digərləri 27 Dek 2018 13:40:00 283 0

Bakıda administrator qadın müştəriləri təhqir etdi: "12 dənə oğlan görmüsüz..."  VİDEO

"Megafun" Ticarət və Əyləncə Mərkəzində müştərilərlə administrator arasında mühabisə düşüb.

Son.az a24.az-a istinadən xəbər verir ki, mübahisəyə səbəb isə müştərilərin sifariş etdiyi yeməklərin gec gəlməsi olub. Belə ki, sifariş verdikləri yeməklərin ödənişini edən müştərilərə yeməklər gətirilməyib. Daha sonra yeməkləri yedikdən sonra müştərilərin restoranda əyləşməsi administratorun əsəblərini tarıma çəkib.

Onlara yaxınlaşan xanım administrator restoranın yemək üçün istifadəyə verildiyini və yemək yedikdən sonra oranı tərk etməyin lazım olduğunu onların nəzərinə çatdırıb. Bundan sonra qalmaqal yaşanıb. Qadın administrator xanım müştərilərin üzərinə qışqıraraq təhqir edib. Eyni zamanda, onları restorandakı oğlanlardan birinə görə masanı tərk etməməkdə ittiham edib.

Az qala əlbəyaxa davaya çevriləcək mübahisənin restoranın xadiməsi tərəfindən qarşısı alınıb.