Dağlıq Qarabağda futbol turniri keçirmək istəyən Müstəqil Futbol Konfederasiyasına etiraz məktubu göndərilib


Digərləri 27 Dek 2018 12:47:47 241 0

Dağlıq Qarabağda futbol turniri keçirmək istəyən Müstəqil Futbol Konfederasiyasına etiraz məktubu göndərilib

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi Müstəqil Futbol Konfederasiyasının Dağlıq Qarabağda keçirmək istədiyi futbol turnirinə etiraz edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Birliyin rəhbəri Tural Gəncəliyev deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bu barədə Konfederasiyaya etiraz göndərib: "Təşkilatın separatçı rejimlə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində bu cür turnirlər keçirməsinin qanunsuz olduğunu bəyan edirik. Müstəqil Futbol Konfederasiyasına müraciət edərək bildirmişik ki, bu turnirin təşkil olunması beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həmin turnirdə iştirak edəcək şəxslərin də həyatı təhlükə altına atılır".