Canlı yayımda nəhəng Şaxta baba Nanənin ÜSTÜNƏ AŞDI


Digərləri 27 Dek 2018 11:28:19 571 0

Canlı yayımda nəhəng Şaxta baba Nanənin ÜSTÜNƏ AŞDI

"Şou ATV" proqramında aparıcı Nanə Ağamalıyevanın başına iş gəlib.

Son.az xəbər verir ki, xanım aparıcı Mirələm Mirələmovun mahnısı ilə bağlı fikirlərini bildirdikdən sonra geriyə doğru addım atdığı zaman bilmədən Yeni il ab-havasında bəzədilən studiyadakı Şaxta baba fiquruna toxunub. Bu zaman Şaxta baba aparıcının üstünə aşıb. 

Tamaşaçıların bəzilərinin gülüşü, bəzilərininsə həyəcanına səbəb olan hadisə zamanı Nanə özünü itirmədən fiquru yerinə qoyub. Kameranın onu çəkdiyini görən xanım aparıcı gülməkdən özünü saxlaya bilməyib.


Xəbərə aid fotolar