Tramp Vyetnam müharibəsi zamanı hərbi xidmətdən yayınıb


Dünya 27 Dek 2018 08:50:00 531 0

Tramp Vyetnam müharibəsi zamanı hərbi xidmətdən yayınıb

ABŞ prezidenti Donald Tramp 1960-cı illərdə atasının əlaqələri sayəsində hərbi xidmətdən yayınıb.

Son.az "Report"a istinadən bildirir ki, bunu nəşrə Nyu-York ortopedi Larri Braunstaynın qızları deyib.

Qadınların sözlərinə görə, onların atası inşaat maqnatı Fred Trampla yaxşı tanış imiş və "ona göstərdiyi xidmət" barədə danışmağı xoşlayırmış.

Onlar iddia edirlər ki, 1968-ci ildə (bu zaman Vyetnamda müharibə gedirdi) həkim Fredin 22 yaşlı oğlu Donalda əslində olmayan ayaqda sümük çıxıntısı diaqnozu qoyub.