Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib


Dünya 27 Dek 2018 08:54:00 506 0

Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib

Sovet və Rusiya aktyoru, dublyaj ustası Dmitri Matveyev dekabrın 25-də 65 yaşında vəfat edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə aktyorun dostu Oleq Xartulari öz "Facebook" səhifəsində yazıb.

"Əlvida, Dmitri Nikolayeviç! Mənim əziz tərəfdaşım və böyük dostum. Yerin Cənnət olsun, görüşənədək!", - deyə Xartulari yazıb.