IBM sağlamlıq vəziyyətini izləyən kiçik qurğu hazırlayıb


Digərləri 27 Dek 2018 08:31:00 483 0

IBM sağlamlıq vəziyyətini izləyən kiçik qurğu hazırlayıb

Əllər vasitəsilə sıxma gücü sağlamlıq vəziyyətinin göstəricisi ola bilər və xəstəliklərin aşkar edilməsində diaqnostika vasitəsi kimi istifadə edilə  bilər.   Son.az ICTnews-a istinadən bildirir ki, bu məqsədlə "IBM" korporasiyası tərəfindən hazırlanmış və əl dırnağına bərkidilən kiçikölçülü daşınan datçik sıxma gücünü aşkar edə bilər. Bundan sonra datçik vasitəsilə toplanmış məlumatlar süni intellektin tətbiqi ilə təhlil edilir. Sensorlar dərman qutularının açılması, əllə mətn yazmaq kimi məsələləri aşkar etmək üçün kifayət qədər həssas və dəqiqdir.   Sensordan toplanmış məlumatlar "ağıllı" saata ötürülür və orada  informasiyanın emalı həyata keçirilir. "Ağıllı" saatlarda tətbiq olunan kompüter təlimi sistemi parkinson xəstəliyinin müxtəlif əlamətlərini aşkar etmək qabiliyyətinə malikdir.