Proqramçıların iş müsahibəsi zamanı ən çox buraxdıqları səhvlər


Digərləri 27 Dek 2018 07:11:00 243 0

Proqramçıların iş müsahibəsi zamanı ən çox buraxdıqları səhvlər

Çox zaman müsahibəyə qədər gəlib çıxmış proqramçı artıq bu  işə uyğun olur, lakin müsahibədə səhvlər buraxdığı üçün onunla eyni zamanda müraciət etmiş proqramçılara nisbətən daha zəif görünür və nəticədə şirkətə qəbul olunmur. Biz sizə ən tez-tez buraxılan səhvləri sadalayacağıq.

1) Hər hansı uğurlu həllin mövcud olmasını zənn edirlər.

Son.az technote.az-a istinadən bildirir ki, əgər siz PT tərtibatı üzrə işə düzəlmək üzrəsinizsə heç kəs sizdən müsahibə zamanı Blum filterini və onun istifadə yerini soruşmayacaq. Amma namizədlər həmişə beyinlərində ideal olmasa da kafi hesab oluna biləcək həllərin üzərindən xətt çəkib fərqlənən qeyri-adi görünən bir bilikləri barədə danışmaq istəyirlər. Proqramlaşdırmada olduğu kimi burada da çətin və xüsusi məlumatları yalnız heç bir şübhə olmadıqda istifadə etmək lazımdır.

Həll yolu: Standart alqoritmlərdan istifadə edin.

2) Müsahibə götürənin məsləhət və ipucularını "yola verirlər".

Bu səhv özünü müxtəlif formalarda göstərir. Ən yaxın metafora: "Şorbanın çəngəl ilə yeyilməsinə necə baxırsınız?". Müsahibəçi sizə açıq aydın bir sual verəndə sizdən iki hərəkətdən birini gözləyir: Ya deyilən ilə razı olduğunuzu göstərirsiz ya da əksini düşünürsünüzsə qısa aydın və mümkünü qədər inandırıcı formada niyəsini isbat etməlisiniz. İstənilən halda bu köməkçilərə saymazyana yanaşmaq heç vaxt yaxşı nəticəyə gətirib çıxarmır. Hərdən namizədlər bu ipucunu qəbul edirlər, amma heçnə alınmayanda ya əks varianta keçirlər ya da başqa mövzunu başqa səmtə aparıb dəyişməyə çalışırlar. Əgər sizə məsləhət edirlərsə və siz deyilənin yanlış olduğuna əminsinizsə bunu isbat edin. Bir çox hallarda müsahibə götürənin əlinin altında hazır cavab olur və razılığınız bu cavab ilə eyni ola bilər amma inkar edərək heç kəsin görə bilmədiyi üstün bir həlli ortaya qoymuş proqramçılar da olur bəzən.

Həll yolu: Müsahibəçinin verdiyi sualı diqqətlə düşünün və tələsməyin.

3) Dördküncləri yumru dəliklərə salmağa çalışırlar.

Bu səhv öncəki ilə kəsişir. Amma namizədlərdən çox vaxt problem soruşulduqda onlar cəld həll yolu deyib sonra onu doğru göstərməyə çalışaraq üzərinə standart "bəzək-dəstək" həllərini əlavə edirlər. Əgər siz dediyiniz həllin səhv olduğunu anladızsa cavabı dəyişməkdən çəkinməyin. Üstəlik həmin birinci cavabının niyə səhv olduğunu sadalaya bilərsinizsə onları da deyib başqa həllə keçin.

Həll yolu: Öncə dediyiniz cavabın üzərindən xətt çəkib başqasını deməkdən qorxmayın.