Günün qoroskopu: Ailədəki problemi çətinlik çəkmədən həll edə bilərsiniz


Digərləri 27 Dek 2018 00:01:00 283 0

Günün qoroskopu: Ailədəki problemi çətinlik çəkmədən həll edə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Yaradıcı yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Enerjili olun, maraqlı ideyalarınızı dilə gətirməkdən çəkinməyin. Bacarıqlarınızı trivial olmayan yolla nümayiş etdirin. Olaylarla maraqlanan insanları tərəfinizə cəlb edin.

Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Durumu sakit şəraitdə, təmkinlə müzakirə edin. Problemin həllini izafi mübahisələr və mənasız söz güləşdirmə olmadan əldə etmək mümkündür.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - Ötənlərdəki qərarlarınızdan və ya əməllərinizdən birinin sonucu indi üzə çıxacaq. İşlərinizdə tələsməyin. Vurnuxmalara aldanmayın. Proseslər əhəmiyyətli dərəcədə əhvalınızdan asılıdır. Nikbin olsanız, vəziyyətdən bəhrələnə bilərsiniz.

Bədbinliyə qapılsanız, problemlər mərhələsi davam edəcək.

Günün ikinci yarısında şəxsi münasibətlərdə hər şeyə yenidən başlamaq istəyəcəksiniz. Amma bilin ki, mərmi bir dəfə düşdüyü yerə ikinci dəfə düşmür. Dəyər verdiyiniz insanlarla münasibətlərdəki mövcud çətinlikləri aradan qaldırmaq üçün çalışın.  

Əkizlər - Nə qədər yüksəlsəniz, uçmağı bilməyənlər üçün bir o qədər kiçik görünəcəksiniz. Bu səbəbdən vaxtınızı mənasız söhbətlərə və səbəbsiz işlərə sərf etməyin. Təcili işləri yarımçıq qoymayın. Çoxdan bəri başladığınız işi tamamlayın.

Günün ikinci yarısında texnika və avadanlıqda problemlər yarana bilər. Qeyri-adi həllərə, standart olmayan situasiyaya hazır olun.

Yaxınlarınız arasında birisi sizə qarşı əsassız irad və ya ittiham irəli sürəcək. Yaşananları ürəyinizə salmayın. Bir qədər keçəcək, o insan səhv etdiyini anlayacaq.  

Xərçəng - Günün ilk yarısında dəqiq fəaliyyət planı tərtib etmək asan deyil. Şəraitdəki nüanslar dəyişikliklər zərurəti yaradacaq. İmprovizə qaçılmazdır. Situasiyadan çıxış yolu üçün asan olmayan yollar arayın.

Günün ikinci yarısında uzaq səfərə yollanmayın. Sükan arxasında çox vaxt keçirməyin. Yaxşı tanımadığınız insanlarla söhbətlərdə etiraflara yol verməyin. Dəyər verdiyiniz insanlarla biliklərinizi paylaşın. Axı öyrətmək iki dəfə öyrətmək deməkdir.

Şir - Günün ilk yarısında qıcıqlı və ya emosional davranış münasibətlərdə gərginlik yarada bilər. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olun. Düşünülməmiş sözlərin hansı fəsadlar yarada biləcəyini təxminləməyi bacarın.

Məsləhət vermək asan, örnək olmaq çətindir.

Günün ikinci yarısında ən kiçik problem aqressivlik yaratmasın. Əks təqdirdə işdə həmkarlar və ya işgüzar tərəfdaşlarla təmaslarda problemlər qaçılmazdır.

Kənardakı problemləri evə daşımayın. Sözlərinizə və əməllərinizə ciddi fikir verin. Sevdiyiniz insanların qəlbini qırmayın.  

Qız - Asılı oldğunuz insanla əlaqələri kəsməyi düşünürsünüzsə, "ehtiyat aerodrom"unuz, problemlərlə üzləşəcəyiniz zaman üçün hesablanmış planınız olmalıdır. Tərəfdaşlarla birlikdə çalışmaqda xeyir var.

Günün ikinci yarısında planları sürətlə və bitkin şəkildə həyata keçirmək şansı azdır. Amma ruhdan düşməyin, sonuca çatmaq üçün gərəkli bildiyiniz addımları atın.

Axşam saatlarına yaxın ailə üzvlərinizi sürprizlə sevindirə bilərsiniz.