Dul insanlar daha tez ölür


Digərləri 26 Dek 2018 23:54:00 294 0

Dul insanlar daha tez ölür

Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, depressiya orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfəri müayinə ediblər. Könüllülərdən itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürülüb.