Metal tullantılarının qəbulu ilə yalnız xüsusi icazəsi olan sahibkarlar məşğul ola biləcəklər


Digərləri 26 Dek 2018 20:06:33 279 0

Metal tullantılarının qəbulu ilə yalnız xüsusi icazəsi olan sahibkarlar məşğul ola biləcəklər

Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı ilə məşğul olan və təhlükə potensiallı obyekt kimi qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı ilə məşğul olan və təhlükə potensiallı obyekt kimi qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Trend-in məlumatına görə, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur. Yeni dəyişikliklər əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi, bu sahədə nəzarətin və şəffaflığın artırılması məqsədilə hazırlanıb.