“Məni aldatdı, üzüzə gəldik” “OKA” ilə toqquşan “Mercedes”in sürücüsü


Digərləri 26 Dek 2018 19:49:00 335 0

“Məni aldatdı, üzüzə gəldik”  “OKA” ilə toqquşan “Mercedes”in sürücüsü

Kürdəmir rayonunda yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb.

Ağcabədi rayon sakini, Etibar Ramiz oğlu Rzayev "Mercedes" markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi "OKA" markalı avtomobillə toqquşub.

Nəticədə "OKA"nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Etibar Rzayev - "Mercedes"in sürücüsü: "Bir balaca sola qaçdım ki, sağımdan keçsin, keçə bilmədi. Bir sağa, bir sola çəkdi, məni aldatdı. Qayıtdı öz yoluna və üz-üzə gəldik, toqquşduq".

Seyfulla Atamalıyev - həkim: "Xəstə baş nahiyəsində çoxsayılı yaralar, sol bud sümüyünün qapalı sınığı, döş qəfəsinin küt travması diaqnozu ilə şöbədə müalicə olunur. Vəziyyəti orta ağırdır".

Faktla bağlı araşdırma aparılır.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto