Səfir: 2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu


Digərləri 26 Dek 2018 19:45:00 278 0

Səfir: 2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu

2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu.

Bakı. Elçin Mehdiyev - 2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir qeyd edib ki, bu il TANAP, "Star" layihələri reallaşdırıldı, hər iki dövlət başçısının iştirakı ilə Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş böyük parad keçirildi: "2018-ci il iki ölkə münasibətləri baxımından unudulmayacaq bir il oldu. Ümid edirəm ki, 2019-cu il daha uğurlu keçəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin