Lotu Quli Bakıda ola bilər, amma ev dustağı deyil


Digərləri 26 Dek 2018 15:58:00 307 0

Lotu Quli Bakıda ola bilər, amma ev dustağı deyil

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Son.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Azərbaycan" Ədliyyə Nazirliyinə istinadən yayıb.

Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.