Lökbatanda dəhşətli cinayətlə bağlı məhkəmə qərar verdi


Digərləri 26 Dek 2018 15:35:00 253 0

Lökbatanda dəhşətli cinayətlə bağlı məhkəmə qərar verdi

Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Elvin Qəhrəmanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara əsasən, E.Qəhrəmanlının cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.