Bakıda polis reyd keçirdi - Yeniyetmələrə siqaret satan 5 mağaza cərimələndi


Digərləri 26 Dek 2018 14:19:13 363 0

Bakıda polis reyd keçirdi - Yeniyetmələrə siqaret satan 5 mağaza cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bakı. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 25-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Belə ki, Nigar Rəfibəyli küçəsi 25 ünvanında fəaliyyət göstərən obyektin sahibi, paytaxt sakini Elşən Qurbanəliyevin məktəbliyə tütün məmulatı satması müəyyən olunub.