İmam: ""Merry Christmas" demək, cinayət törətməkdən daha pis bir şeydir" VİDEO


Digərləri 26 Dek 2018 13:42:00 409 0

İmam: ""Merry Christmas" demək, cinayət törətməkdən daha pis bir şeydir"  VİDEO

Orta Şərqi Media Araşdırmalar İnstitutu Kanadada müsəlman gəncləri üçün mərasim təşkil edib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, dini mərasimdə şeyx Yunus Katharda çıxış edib. O, çıxışı əsnasında "Merry Christmas" (Milad bayramınız mübarək) sözünün cinayətdən daha pis bir şey olduğunu söyləyib.

O, Yeni ili "səhv bayram" adlandırıb və yeni ili qeyd edən müsəlmanlara görə məyus olduğunu dilə gətirib.

""Merry Christmas" deyənlər kimlərdir? Onlar nəyi qeyd edirlər? Başçınızın doğulduğu günü qeyd edirsiniz? Bu müsəlmanlar üçün düzgündür? Siz onların (xristianları nəzərdə tutur) adətlərini qəbul edirsiniz? Belə deməklə onların dediklərini təsdiq etmiş sayılırsınız".

İmam müsəlmanları bir-birini təbrik etməkdən çəkindirməyə səsləyib.