Yaponiya balina ovuna başlamaq istəyir


Dünya 26 Dek 2018 13:28:00 484 0

Yaponiya balina ovuna başlamaq istəyir

Yaponiya hökuməti 2019-cu ilin iyulundan balina ovu sənayesini bərpa etmək qərarına gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hökumətin bəyanatına əsasən bunun üçün ölkə Beynəlxalq Balina Sənayesi Komissiyasından (IWC) çıxacaq.

Təşkilatdan çıxandan sonra Yaponiya öz ərazi sularında və xüsusi iqtisadi zonada balina sənayesi ilə məşğul olacaq.